İdman

24 İyul

Azərbaycan idmançıları bu gün Universiada meydanında üç növdə qüvvəsini sınayacaq

Finss.az - Almaniyanın Reyn-Rur regionunda davam edən Ümumdünya Yay Universiadasında bu gün Azərbaycan təmsilçiləri cüdo, badminton və kamandan oxatma üzrə yarışlara çıxacaq.

Komandamız bu üç idman növündə növbəti uğurlar üçün mübarizə aparacaq.

Hazırda Azərbaycan yığmasının aktivində artıq üç medal var. Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız iki qızıl, bir gümüş medal qazanaraq yarışa uğurlu start verib.