İdman

23 İyul

Azərbaycan şahmatçıları Gürcüstanın Batumi şəhərində Avropa çempionatında iştirak edəcək - Heyət açıqlanıb

Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsi onlayn toplantıda Gürcüstanın Batumi şəhərində keçiriləcək şahmat üzrə Avropa çempionatında iştirak edəcək milli komandaların heyətlərini təsdiqləyib.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Kişi şahmatçılardan ibarət Azərbaycan komandasının heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Eltac Səfərli cəlb ediliblər. Komandanın kapitanı Teymur Rəcəbov olacaq.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva dəvət olunublar. İlahə Qədimova kapitan olaraq, Nicat Abasov isə məşqçi kimi təsdiqləniblər.

Şahmatçıların lövhələr üzrə mövqeyi yarış ərəfəsində açıqlanacaq. Qeyd edək ki, qitə çempionatı oktyabrın 5-də start götürəcək.