İdman

17 İyul

“Neftçi” İngiltərə futbolçusunu transfer etməyə yaxındır

Finss.az - “Neftçi” futbol klubu İngiltərənin “Tottenhem” klubunun sabiq qapıçısı Tom Qloveri heyətinə qatmaq üçün razılığa gəlib.

27 yaşlı avstraliyalı qapıçı hazırda İngiltərənin “Midlsbro” klubunda çıxış edir və yeni mövsümdə Azərbaycanda oynaya bilər.

“Neftçi” ilə çoxsaylı məsələlərdə anlaşma əldə edən Qlover daha əvvəl İsveçin “Helsinborg” klubunda legioner olub. Ölkəsində “Sentral Kost” və “Melburn” klublarında da çıxış edən qapıçı, “Tottenhem”in 23 yaşadək komandasında yer alıb, lakin əsas heyətdə şans qazanmamışdır.

Tom Qlover hələ Avstraliya milli komandasında əsas heyətdə debüt etməsə də, ölkəsinin aşağı yaş qruplarındakı bütün komandalarında çıxış edib.