Finss.az - Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu bu gün son yoxlama oyununda Avstriyanın “Zalsburq” komandası ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi Avstriyadakı ilk oyunda Ukraynanın “Metallist 1925” klubuna 4:5 hesabı ilə məğlub olub. Daha sonra “Tvente” komandası ilə iki yoxlama matçı keçirib: biri 3:2 hesabı ilə qələbə, digəri isə 1:2 hesabı ilə məğlubiyyətlə nəticələnib. Bakıdakı son yoxlama oyununda isə “Qarabağ” “Zirə” üzərində 4:0 hesablı qələbə qazanıb.
“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı iyulun 16-da yekunlaşacaq. Komanda ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.