İdman

10 İyul

Ançelotti vergi dələduzluğuna görə 1 il həbs cəzası aldı

Finss.az - İspaniyada məhkəmə Braziliya milli futbol komandası baş məşqçisi Karlo Ançelottini vergi ödəməkdən yayınmaqda təqsirli bilərək 1 il müddətinə həbs cəzasına məhkum edib.

Həmçinin, məhkəmə məşqçiyə 386 min avro məbləğində cərimə tətbiq edib.

Prokurorluğun iddiasına görə, 66 yaşlı Ançelotti 2014-2015-ci illərdə Madridin “Real” klubunda çalışdığı dövrdə dövlətə qarşı 1 milyon avro dəyərində vergi dələduzluğu edib. O, vergilərdən yayınmaq üçün saxta şirkətlərdən istifadə edib və real gəlirlərini gizlətməkdə ittiham olunur.

İspaniyada iki ilə qədər olan həbs cəzaları adətən şərti olaraq verildiyi üçün, Ançelottinin həqiqi həbsdə qalması ehtimalı azdır.