Finss.az - Bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda İrlandiyanın “Şelburn” komandası Şimali İrlandiyanın “Linfild” komandası ilə üz-üzə gələcək.
Görüş Dublindəki “Tolka Park” stadionunda Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Cavab oyunu iyulun 16-da Belfastdakı “Windsor Park” stadionunda keçiriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibi olacaq.
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab matçları isə iyulun 29-30-da keçiriləcək.