Finss.az - İngiltərənin məşhur idman portalı "Give Me Sport" statistik göstəricilər əsasında dünyanın ən yaxşı futbolçularının yeni reytinq siyahısını açıqlayıb.
Siyahıya "Barselona"nın gənc ulduzu Lamin Yamal başçılıq edir.
Portalın dəyərləndirməsinə görə, PSJ-nin sürətli cinah oyunçusu Usman Dembele ikinci, "Liverpul"un lideri Məhəmməd Salah isə üçüncü sıradadır.
Siyahının davamında isə məşhur ulduz futbolçular yer alıb. “Real” Madridin yeni transferi Kilian Mbappe dördüncü, Rafinya Diaz isə beşinci pillədə qərarlaşıb.
Daha sonra sıralama bu cürdür:
-
Harri Keyn ("Bavariya")
-
Robert Levandovski ("Barselona")
-
Vinisius Junior ("Real")
-
Pedri ("Barselona")
-
Cud Bellinqem ("Real")
-
Lionel Messi ("İnter Mayami")
Qeyd edək ki, yalnız “Barselona” klubu bu siyahıya 4 oyunçu (Yamal, Rafinya, Levandovski, Pedri) ilə daxil ola bilib. Bu isə klubun gəncləşdirmə siyasətinin və oyunçu keyfiyyətlərinin yüksək səviyyədə olduğunu göstərir.
Xatırladaq ki, 2023/2024 mövsümündə Lamin Yamal bütün turnirlərdə 55 oyunda iştirak edib, 18 qol vurub və 25 məhsuldar ötürmə ilə yadda qalıb.