Finss.az - Bu gecə keçirilən klublararası dünya çempionatının 3-cü turunun 2 matçı baş tutub.
C qrupunda Münhen təmsilçisi "Bavariya" Portuqaliyanın "Benfika" komandası ilə üz-üzə gəlib. Görüşdə "Benfika" 1:0 hesabı ilə qalib gəlib. Matçın yeganə qolunu 30-cu dəqiqədə Şelerup vurub.
Digər qarşılaşmada isə Yeni Zelandiyanın "Oklend Siti" komandası Argentina təmsilçisi "Boka Xuniors" ilə qarşılaşıb. Bu görüş 1:1 hesabı ilə başa çatıb. "Oklend Siti"nin qolunu 26-cı dəqiqədə Qarrou vurub, "Boka Xuniors"un qolu isə 52-ci dəqiqədə Bozun hesabına qeydə alınıb.
C qrupunda "Benfika" 7 xalla liderliyini qoruyub və 1/8 final mərhələsinə yüksəlib. "Bavariya" 6 xalla 2-ci yeri tutaraq pley-off mərhələsində mübarizəsini davam etdirəcək. Qrupun digər üzvləri "Boka Xuniors" 2 xalla 3-cü, "Oklend Siti" isə xalsız olaraq 4-cü yerdə qərarlaşıblar.