İdman

17 İyun

“Araz-Naxçıvan” heyətinə yeni futbolçu cəlb edib

Finss.az - “Araz-Naxçıvan” futbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib.

Klubun mətbuat xidmətinin məlumatına görə, Çance Simakala Ba-Muaka ilə 1 illik müqavilə imzalanıb.

28 yaşlı hücumçu artıq Bakıya gəlib. Sağ və sol cinah yarımmüdafiəçisi kimi də çıxış edə bilən Simakala karyerası ərzində Almaniyada “Borussiya Münhenqladbax”, “Elfersberq”, “Redinqhausen”, “Kayzerslautern”, “Xolştayn Kil” və Niderlandın “Roda Kerkrad” klublarında forma geyinib. O, ötən mövsümü Almaniyanın III Bundesliqa komandası “Osnabruk”da keçirib. Hücumçu 2014-cü ildə Almaniyanın U-18 millisində də oynayıb.

Qeyd edək ki, bundan əvvəl baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə müqavilələr başa çatıb. Onlardan bəziləri ilə yollar ayrılıb, bəziləri isə yenilənib. Klub eyni zamanda Bar Coheni transfer edib və Vadim Abdullayevlə əməkdaşlığı dayandırıb.