İDMAN

05 Fevral

Milli komandaların mükafatlandırma siyasətində dəyişiklik olub

Fins.az - AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev milli komandaya yüksək mükafatların verilməsi məsələsinə münasibət bildirib.

O, bildirib ki, hazırda milli komandaya böyük məbləğdə bonuslar verilmir və yaxın zamanda belə bir mükafatlandırma gözlənilmir.

Daha əvvəl milli komanda üzvlərinə yüksək məbləğdə bonuslar verilirdi, hətta bəzən millinin məğlub olduğu oyunlardan sonra da mükafatlar təqdim edilirdi.

Zemfira Ms
Fins.az