Türkiyə millisinin və “Fənərbağça”nın sabiq futbolçusu Sərdar Dursunun yeni komandası bəlli olub.
Fins.az xəbər verir ki, 33 yaşlı hücumçu İran təmsilçisi “Persepolis”ə keçib. Onunla 2026-cı ilin yayınadək müqavilə imzalanıb.
S. Dursun son olaraq “Alanyaspor” klubunda çıxış edib.
Qeyd edək ki, “Persepolis”i türkiyəli tanınmış mütəxəssis İsmayıl Kartal çalışdırır.