Nuri Şahin ilə ötən həftə yollarını ayıran “Borussiya Dortmund” klubunun rəhbərliyi baş məşqçi vəzifəsinə xorvatiyalı Noko Kovaçı gətirməyi qərara alıb.
Fins.az xəbər verir ki, 53 yaşlı mütəxəssisin komandanı 2026-cı ilədək çalışdıracağı və qərarın Bundesliqanın 20-ci turu çərçivəsində fevralın 1-də “Haydenhaym” ilə keçiriləcək qarşılaşmadan əvvəl elan olunacağı bildirilir.
Niko Kovaç daha əvvəl Bundesliqa klublarından “Ayntraxt Frankfurt” (2016-2018), “Bavariya” (2018-2019) və “Volfsburq”u (2022-2024) çalışdırıb. O, həmçinin 2013-2015-ci illərdə Xorvatiya millisinin, 2020-2022-ci illərdə isə “Monako” klubunun baş məşqçisi olub.
Bu mövsüm Bundesliqada uğursuz çıxış edən “Borussiya Dortmund” 19 turdan sonra 26 xalla 11-ci sırada qərarlaşıb. Çempionatda 7 oyunda qələbə qazanan komanda 5 oyunda heç-heçə edib, 7 görüşdə isə məğlub olub.