İDMAN

09 Yanvar

"Real" klubunun təcrübəli futbolçusu virusa yoluxub

İspaniyanın "Real" klubunun təcrübəli futbolçusu Luka Modriç virusa yoluxub.

Fins.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

39 yaşlı xorvatiyalı futbolçu bu səbəbdən komandasının İspaniya Superkubokunun yarımfinalında "Malyorka"ya qarşı keçirəcəyi matçda iştirak etməyəcək.

Qeyd edək ki, qarşılaşma bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki "King Abdullah Sports City" stadionunda baş tutacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək.