Zinəddin Zidan 2026-cı il dünya çempionatından sonra futbol üzrə Fransa milli komandasının yeni baş məşqçisi ola bilər.
Fins.az xəbər verir ki, bu barədə “Sovetski Sport” “Le Parisen” nəşrinə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, 52 yaşlı mütəxəssis millidəki karyerasını başa vurduğunu açıqlayan Didye Deşamı əvəz edə bilər. Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real Madrid"i çalışdırıb.
Bu müddət ərzində o, komandanı iki dəfə İspaniya çempionu tituluna çıxarıb, iki dəfə İspaniya Superkubokunu və UEFA Super Kubokunu qazanıb, iki dəfə Klublararası Dünya Kubokunu qazanıb və üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Zidan həmçinin 2002-ci ildə Real Madrid oyunçusu kimi Avropanın premyer klub turnirinin qalibi olub.
Deşam Fransa millisində işlədiyi müddətdə komandanı 2018-ci il Dünya Kubokunda qələbəyə və 2021-ci ildə Millətlər Liqasında birinci yerə aparıb. Bundan əlavə, fransızlar onun rəhbərliyi altında Avro-2016 və 2022-ci il Dünya Kubokunun gümüş mükafatçısı olublar. .