İngiltərənin "Mançester Yunayted" komandasının yarımmüdafiəçisi Kobbi Meynu klubdan ayrıla bilər.
Fins.az xəbər verir ki, onun xidmətində Premyer Liqanın daha bir təmsilçisi "Çelsi" maraqlıdır.
19 yaşlı futbolçu özü də "qırmızı-şeytanlar"dan ayrılmağı düşünür.
Qeyd edək ki, K.Meynu cari mövsüm 17 qarşılaşmada meydana çıxıb. "Transfermarkt" portalı oyunçunun dəyərini 55 milyon avro qiymətləndirir.