İDMAN

07 Yanvar

Azərbaycanın futzal millisi yanvarın 26-da toplanışa başlayacaq

Azərbaycanın futzal millisi yanvarın 26-da toplanışa başlayacaq.

Bunu Fins.az-a açıqlamasında yığmanın baş məşqçisi Vitali Borisov deyib.

Mütəxəssis AVRO-2026-nın əsas mərhələsinin növbəti oyunları ərəfəsində heyətdə dəyişikliklər nəzərdə tutulub-tutulmadığı barədə sualı da cavablandırıb:

“Yanvarın 26-da hazırlığa başlamağı planlaşdırırıq. Hələ ki, heyətdə heç bir dəyişiklik nəzərdə tutmamışam. Çünki Azərbaycan Kubokunun oyunları olacaq. Toplanışa qədər kimin zədəli, kimin hazır olub-olmadığına baxacağıq”.

Qeyd edək ki, AVRO-2026-nın əsas mərhələsinin ilk görüşündə İsveçlə heç-heçə (3:3) edən Azərbaycan millisi qrupdakı növbəti iki oyunu yanvarın 31-də səfərdə Xorvatiyaya və fevralın 4-də Bakıda Yunanıstana qarşı keçirəcək.