İDMAN

07 Yanvar

Azərbaycan millisinə yeni məşqçi təyin olunub

Rəşad Eyyubov futbol üzrə Azərbaycan milli komandasının məşqçisi təyin olunub. 

Fins.az xəbər verir ki, o, Fernandu Santuşun rəhbərlik etdiyi məşqçilər korpusunda çalışacaq. Onunla müqavilə 2028-ci ilə kimi nəzərdə tutulub.

Qeyd edək ki, Rəşad Eyyubov futbolçu karyerası ərzində “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Sabah” və “Zirə” klublarının formasını geyinib. O, 2015-2019-cu illərdə millinin heyətində 7 oyun keçirib. 32 yaşlı mütəxəssis “Sabah” klubunun U-19, əvəzedici və əsas komandasında məşqçi kimi fəaliyyət göstərib.