İspaniyanın "Atletik" klubunun yarımmüdafiəçisi Ander Herrera karyerasını Argentinada davam etdirə bilər.
Fins.az xəbər verir ki, "Boka Xuniors" 35 yaşlı ispaniyalı futbolçu ilə danışıqlar aparır.
Argentina təmsilçisi yarımmüdafiəçi üçün artıq rəsmi təklif göndərib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir. "Boka Xuniors" isə futbolçuya 2025-ci ilin dekabrına qədər müqavilə təklif edib.
"Transfermarkt" portalı oyunçunun dəyərini 1,5 milyon avro qiymətləndirir.
Qeyd edək ki, A.Herrera cari mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib. O, daha əvvəl PSJ (Fransa), "Mançester Yunayted" (İngiltərə) və "Saraqosa" (İspaniya) kimi klublarda çıxış edib.