İDMAN

06 Yanvar

PSJ 13-cü dəfə Fransa Superkubokunun qalibi olub

 

PSJ və “Monako” komandaları Fransa Superkuboku uğrunda görüşdə üz-üzə gəliblər.

Finss.az xəbər verir ki, qarşılaşma Qətərin paytaxtı Dohada baş tutub.

Görüş Paris klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 90+2-ci dəqiqədə Usman Dembele vurub.

Bununla da PSJ 13-cü dəfə Fransa Superkubokunun qalibi olub. Bu, turnirin yeni rekordudur. Bu göstəricidə ən yaxın təqibçi 8 titulu olan “Lion”dur.

Kaira Agayeva 

Finss.az