İDMAN

28 Noyabr

Çempionlar Liqasında yeni rekord

Fins.az - Noyabrın 26 və 27-də Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunun 18 oyunu keçirilib.

Matçlarda ümumilikdə 67 qol vurulub, bu isə turnir tarixində yeni rekorddur. UEFA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, əvvəlki rekord 2000/2001 mövsümünün 1-ci turunda qeydə alınmışdı, o dövrdə 16 matçda 63 qol vurulmuşdu.

Noyabrın 26-da 5-ci turun ilk 9 oyununda vurulan 40 qol, Çempionlar Liqasının tarixində bir oyun günündə ikinci ən yüksək göstərici olub.

Hazırda turnir cədvəlinə 15 xalla "Liverpul" liderlik edir. "İnter" 12 xalla 2-ci, "Barselona" isə 12 xalla 3-cü pillədə qərarlaşır.