Azərbaycan milli futbol komandası UEFA Millətlər Liqasında Estoniya ilə keçirəcəyi qarşılaşma üçün Tallin şəhərinə yola düşüb.
Fins.az xəbər verir ki, millimizi aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından havalanıb.
Komanda oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da "Lilleküla" stadionunda son məşqinə çıxacaq.
Xatırladaq ki, Estoniya - Azərbaycan oyunu oktyabrın 11-də saat 20:00-da baş tutacaq.
Zemfira Ms
Fins.az