Fins.az xəbər verir ki, Almaniya millisinin sabiq futbolçusu Mesut Özil "Qarabağ" Futbol Klubunun dəvəti ilə Azərbaycana gəlir.
Veteran yarımmüdafiəçi oktyabrın 11-də "Qarabağ"ın qonağı olacaq.
"Azersun Arena"da keçiriləcək tədbirdə Özil əvvəlcə komandanın açıq məşqini izləyəcək, daha sonra gənc futbolçularla əyləncəli oyun keçirəcək.
Tədbir saat 16:30-da başlayacaq.
Karyerası ərzində “Şalke”, “Real Madrid”, “Arsenal” kimi klublarda çıxış edən dünya çempionu, azarkeşlər üçün bir sıra sürprizlər və hədiyyələrlə də tədbiri xüsusi edəcək.
Zemfira Ms
Fins.az