İDMAN

02 Oktyabr

Qurbanov: Yeni format çətindir, amma futbolun dili birdir

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının yeni formatına hələ tam uyğunlaşmadıqlarını bildirib.

Fins.az xəbər verir ki, İsveçin "Malmö" klubuna qarşı keçirəcəkləri II tur oyunundan əvvəl keçirilən mətbuat konfransında 52 yaşlı mütəxəssis əvvəlki formatın daha əlverişli olduğunu vurğulayıb. O, çox sayda rəqibin oyunlarını təhlil etməyin çətinlik yaratdığını qeyd edib, lakin bunun komandaya problem olmamalı olduğunu da əlavə edib: "Futbolun dili birdir."

Qurbanov, həmçinin, "Malmö"nun özünə məxsus oyun tərzinin olduğunu və onları çətin qarşılaşmanın gözlədiyini söyləyib. "Qarabağ" – "Malmö" oyunu 3 oktyabrda saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

 

Zemfira Ms
Fins.az