İDMAN

02 Oktyabr

UEFA reytinqində gözləntilər: Azərbaycanın yeri sabitdir

Ölkələrin UEFA reytinqində son dəyişikliklər Çempionlar Liqasının Liqa mərhələsinin II turunun ilk gününün nəticələri ilə əlaqədardır.

Fins.az xəbər verir ki, baş tutan 9 matçdan sonra bəzi ölkələrin xal hesabı dəyişsə də, mövqe dəyişikliyi qeydə alınmayıb.

Azərbaycan reytinq cədvəlindəki yerini qoruyub saxlayıb. Ölkə, hesabında 19,125 xalla 27-ci yerdədir. Cari mövsüm üçün qazandığı xal 2,375-dir.

“Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” isə 0,125 xal əldə edib.

Cədvəlin lideri 87.732 xalla İngiltərdir.

Digər yerləri ardıcıl olaraq İtaliya (76.731) və İspaniya  (71.989) bölüşür.
 

Zemfira Ms
Fins.az