İDMAN

15 İyul

İspaniya klubunun hücumçusu A Seriyası təmsilçisi ilə razılığa gəlib

İspaniyanın "Vilyarreal" klubunun və Norveç yığmasının hücumçusu Aleksander Syorlot karyerasını İtaliyada davam etdirə bilər.

Fins.az Corriere dello Sport"a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu "Roma" ilə razılığa gəlib.

A Seriyası klubu futbolçunu əldə etmək üçün transfer məbləğini "Vilyarreal"la razılaşdırmalıdır. “Roma” müqaviləsində 38 milyon avro sərbəst qalma bəndi olan forvardın transferi üçün 25 milyon təklif etmək niyyətindədir. Paytaxt təmsilçisi bununla yanaşı, 5 milyon avro bonus da ödəmək niyyətindədir.

Qeyd edək ki, A.Syorlot ötən mövsüm 23 qolla İspaniya La Liqasının ikinci bombardiri olub. Norveçli futbolçu "Vilyarreal"ın heyətində meydana çıxdığı 41 oyunda 26 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Kaira Agayeva 

Fins.az