İDMAN

10 May

Azərbaycan Güləşçiləri İstanbulda 3-cü lisenziyası

Sabah Şəriəti Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək.

Fins.az xəbər verir ki, Azərbaycan millisinin yunan-Roma güləşçisi bu hüquqa İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yiyələnib.

130 kq çəkidə çıxış edən idmançımız Olimpiya "bileti" üçün həlledici görüşdə Pavel Qlinçukla (AİN) üz-üzə gəlib. Bunadək Nikolaos Ntunyasu (Yunanıstan) 8:3, Roman Kimi (Qırğızıstan) 10:0, Mantas Knistautası (Litva) 1:1 (sonuncu xal prinsipi) hesabı ilə məğlub edən güləşçimiz ardıcıl 4-cü qələbəsini qazanıb. O, Pavel Qlinçuka (AİN) da sonuncu xal prinsipi ilə qalib gəlib (1:1). Yarımfinaldakı uğur idmançımıza Parisə lisenziya qazandırıb.