İDMAN

09 Aprel

"Qarabağ" 13 pillə irəlilədi - Dünya reytinqi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Fins.az qurumun saytına istinadən xəbər verir ki, siyahıda 506 komanda yer alıb. Onların arasında Azərbaycanın 3 klubu var.

"Qarabağ" son reytinqə əsasən, 13 pillə irəliləyib. Qurban Qurbanovun komanası176,5 xal 48-cidir. "Neftçi" bir mövqe irəliləyərək 62 xalla 377-ci, "Sabah" isə 4 pillə irəliləyərək 58,75 xalla 413-cü olub.

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (401 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikinci, İtaliyanın “İnter” (311 xal) kollektivi üçüncüdür.