İDMAN

01 Aprel

Edin Dzekodan Ali Koça mesaj

Tarixi ümumi qurultaya hazırlaşan Fənərbaxçada kapitan Dzeko sarı-göylər klubunun prezidenti Ali Koça çempionluq yolunda bütün gücünü ortaya qoyacağına söz verib.

Fins.az xəbər verir ki, fikirlərini tərcüməçisi vasitəsilə Ali Koça çatdıran Dzeko, "Bu vəziyyətdən daha güclü çıxacağıq. Bundan sonra daha çox mübarizə aparacağıq. Oynayacağımız matçlarda Fənərbaxçaya və özümüzə yaraşan mübarizəni ortaya qoyacağıq” deyib..

Xatırladaq ki, Edin Dzeko bu mövsüm "Fənərbaxça"nın heyətində 37 oyun keçirib. Təcrübəli mərkəz hücumçusu bu görüşlərdə 22 qol vurub, 9 məhsuldar ötürmə edib.

Günel Məlikzadə
Fins.az