İDMAN

27 Mart

\"Mançester Yunayted\" yeni hücumçusunu tapıb

Transfer çalışmalarına başlayan "Mançester Yunayted" in Brentfordlu yamaykalı ingilis mərkəz hücumçusu İvan Tonini gündəmə gətirdiyi iddia edilib.

Fins.az xəbər verir ki, Fabrizio Romanonun xəbərinə görə; Mançester komandası da adı “Arsenal” və “Çelsi” ilə hallanan Toniyə qoşulub.

Qırmızı şeytanların 28 yaşlı futbolçunu Rasmus Hojlunda alternativ ola biləcək rotasiya oyunçusu kimi heyətinə qatmaq istədiyi bildirilir. Xəbərin təfərrüatında Toninin danimarkalı hücumçu ilə də birlikdə oynaya biləcəyi qeyd edilib.

Qeyd edək ki, 2020-ci ildən "Brentford"da çıxış edən İvan Toni bu mövsüm 10 matçda meydana çıxıb və 4 dəfə fərqlənib.

Günel Məlikzadə
Fins.az