İDMAN

18 Mart

“Qarabağ”dan 21-ci əsrin rekordu

“Qarabağ” Misli Premyer Liqasının 27 turunda 71 qol vurub.

Fins.az PFL-in saytına istinadən xəbər verir ki, bu, ölkə çempionatları tarixində son 25 ilin rekordudur.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 1998/99 mövsümündə təsadüf olunub. Həmin vaxt “Kəpəz” 27 turda 75 qol vurub. Gəncə təmsilçisinin bir matçdakı texniki qələbəsi də nəzərə alınmadan belə göstərici reallaşıb.

Ölkə çempionatlarının 27 tur üçün mütləq rekordu isə 1996/97 mövsümündə rəsmiləşib. “Neftçi” bu qədər oyunda 91 dəfə rəqib qapısına yol tapıb.