Ötən mövsüm "Qalatasaray "ın çempionluğunun memarı olan Mauro İkardi son 9 həftədə liqaya önəm verdi. Qalatasaray azarkeşləri bu mövsüm eyni dövrdə daha bir "İkardi mövsümü" yaşayacaqlarını gözləyirlər.
Fins.az xəbər verir ki, sözcüdə çıxan xəbərə görə, "Qalatasaray"ın ulduzu Mauro İkardinin son 9 həftədəki performansı böyük maraq doğurur. Ötən mövsüm son 9 həftədə 13 qola töhfə verən İkardinin bu mövsüm nə edəcəyi maraq doğurur.
Qeyd edək ki, Mauro İkardi ötən mövsüm liqada vurduğu 22 qoldan 13-nü son 9 matçda, digər 9 qolunu isə əvvəlki 15 matçda vurub. İkardi bu mövsüm liqada 25 matçda meydana çıxıb və 15 qol vurub, 7 məhsuldar ötürmə edib.
Günel Məlikzadə
Fins.az