Mövsümün əvvəlində "Fənərbağça"dan Altay Bayındırı 5 milyon avroya transfer edən "Mançester Yunayted" yay transfer dövründə daha bir qapıçı gücləndirilməsinə hazırlaşır.
Fins.az xəbər verir ki, mövsümün sonunda komandanın 3-cü qapıçısı Tom Hitonla vidalaşacaq “qırmızı şeytanlar” forma üçün Andre Onana və Altay Bayındırla rəqabət apara biləcək ad seçib.
“Daily Mail”də çıxan xəbərə görə, “Mançester Yunayted” “Columbus Crew”də çıxış edən Patrik Şulteni heyətinə qatmağı hədəfləyir.
Xəbərdə "Arsenal"ın da Patrik Şulte ilə maraqlandığı bildirilib.
MLS komandası ilə 2024-cü ilin sonuna qədər müqaviləsi olan 23 yaşlı qolkiperin +1 illik seçimi də var.
Bu mövsüm ümumilikdə 5 matça çıxan Patrik Şulte 3 qolun qarşısını ala bilməyib. Amerikalı qolkiper 2 matçda qapısını təmiz saxlayıb.
Günel Məlikzadə
Fins.az