İDMAN

12 Mart

İnterdən Lautaro Martinez qərarı

UEFA Çempionlar Liqasında son 16 turun cavab matçında sabah "İnter" səfərdə "Atletiko Madrid"lə qarşılaşacaq.

Fins.az xəbər verir ki, ilk oyunda 1:0 hesabı ilə qalib gələn "İnter" İspaniyaya üstün hesabla yollanacaq. Bu matçdan sonra Lautaro Martinez üçün yeni müqavilə danışıqları aparılacaq.

"La Gazetta della Sport"da çıxan xəbərdə "İnter"in Lautaro Martinezlə müqaviləni uzatmaq istədiyi bildirilib və argentinalı hücumçunun menecerinin bu həftə İspaniyada olacağı bildirilib.

Xəbərdə İnter və Lautaro Martinezin müqaviləni yeniləməyə hazır olduqları, lakin müqavilənin detalları ilə bağlı hələlik razılığa gəlinmədiyi bildirilib.

Martinezin müqaviləsi 2026-cı ildə başa çatır. "İnter"in ulduz futbolçu ilə müqavilə danışıqlarını tez bir zamanda başa çatdırmaq istədiyi qeyd edilib.

"İnter"in mövsümün əvvəlində 8 milyon avro və bonus təklif etməyə hazır olduğu, lakin Lautaro Martinezin 10 milyon avro tələb etdiyi bildirilirdi.

Günel Məlikzadə
Fins.az