İDMAN

11 Mart

FİFA reytinqində Azərbaycan millisi irəliləyib

Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb.

Fins.az İdman.biz-ə istinadən xəbər verir ki, beynəlxalq ekspertlər bu ay keçiriləcək oyunların gözlənilən nəticələrinə əsasən, yeni siyahı ilə bağlı proqnoz hazırlayıb.

Ehtimallar cədvəlində Azərbaycan millisi bir pillə irəliləyib. 1182,78 xalı olacağı gözlənilən yığmamız 112-ci sırada qərarlaşacaq. Buna komandamızın Monqolustan və Bolqarıstanla görüşləri səbəb olacaq.

Əgər ehtimallar doğrulsa, millimiz Keniya və Konqonu keçəcək. Əvəzində Hindistan yığmamızı geridə qoyacaq.

Qeyd edək ki, millimiz martın 22-də Monqolustan, üç gün sonra Bolqarıstanla üz-üzə gələcək.