İDMAN

06 Mart

Luyindama transferinə gözlənilməz son

"Qalatasaray"ın son aylarda müqaviləsi ləğv edilən Kristian Luyindamanın transferi ilə bağlı pis xəbər.

Fins.az xəbər verir ki, Çinin Cangzhou Mighty Lions komandası ilə müqavilə imzalayan Luyindama fevralın sonunda ölkəsindən Çinə köçüb.

Çin təmsilçisi ilə müqavilə bağlayacağı gözlənilən Luyindamanın transferi zədə səbəbindən əngəllənib. Sağlamlıq yoxlamalarından keçə bilməyən təcrübəli müdafiəçinin transferi son anda baş tutmayıb.

Ötən ay xaricdən gələn xəbərlərdə Luyindamanın Çin komandasından yaxşı məbləğ qazanacağı vurğulanmışdı.

"Qalatasaray" "Standard Lyej"dən transfer etdiyi Kristian Luyindamanın transfer xidməti üçün ümumilikdə 8 milyon avro ödəyib

"Qalatasaray"ın heyətində cəmi 79 matça çıxan Luyindama 5 qol vurub, 2 məhsuldar ötürmə edib.

Günel Məlikadə
Fins.az