La Liqanın 26-cı turu çərçivəsində Madrid "Real"ı "Sevilya"nı qəbul edib. Paytaxt komandası 1:0 hesablı qələbə qazanıb və qol 81-ci dəqiqədə Modriçdən gəlib.
Fins.az xəbər verir ki, qələbə qolu üçün 81 dəqiqə gözləyən Real Madriddə Arda Gülər üçün uğursuz ardıcıllıq yaşanıb.
Karlo Ançelotti qoldan az əvvəl Arda Güləri oyuna çıxarmağa hazırlaşarkən, təcrübəli məşqçi Modriçin qolundan sonra bu qərarından vaz keçib.
Belə ki, 1:0 hesabı ilə bitən matçda Arda Gülər meydana çıxa bilməyib.
Matçdan sonra bu məsələ Karlo Ançelottiyə xatırladılıb. Təcrübəli müəllim Arda Gülərin sualına belə cavab verdi.
"Modriç qolundan əvvəl planım var idi. Sonra Arda Gülərin əvəzlənməsindən vaz keçdim. Arda bu vəziyyəti çox yaxşı anlayır".
"Sevilya" üzərində qələbə ilə xallarını 65-ə yüksəldən və liderliyini qoruyan "Real Madrid" gələn həftə liqada "Valensiya" ilə səfərdə oynayacaq.
Günel Məlikzadə
Fins.az