İDMAN

11 Yanvar

"Fenerbahçe"nin Migel Kresponun zədəsi ilə bağlı açıqlaması

"Fənərbaxça "nın dünən axşam "Konyaspor"la matçında ilk 11-də yer alan Migel Krespo matçın başlamasına az qalmış isinmə hərəkətləri zamanı zədələnib. Bunun üzərinə İsmail Yüksek matça Crespo yerinə ilk 11-də başladı.

Fins.az xəbər verir ki, "Fənərbaxça" Migel Kresponun sağlamlıq durumu ilə bağlı açıqlama yayıb. Bildirilib ki, Kresponun MRT müayinəsi zamanı futbolçunun arxa əzələsində yırtıq aşkarlanıb.

"Fənərbaxça"dan mövzu ilə bağlı edilən şərhdə, "Dünən axşam "Konyaspor"la matçdan əvvəl isinmə hərəkətləri zamanı ağrıdan şikayət edən futbolçumuz Migel Krespoya MRT çəkilib. Arxa əzələsində yırtıq var" deyildi. 

Günel Məlikzadə
Fins.az