İDMAN

29 Dekabr

Superkubok matçı öncəsi böhran

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bu axşam oynanılacaq "Qalatasaray" - "Fənərbaxça" arasında keçiriləcək Turkcell Super Kuboku matçı öncəsi "İstiqlal Marşı" və "Atatürk bayrağı" böhranı yaşandığı iddia edilib.

Bu axşam Səudiyyə Ərəbistanında keçiriləcək Super Kubok matçından əvvəl Qalatasaray və Fənərbaxçaya Atatürk pankartlarının və köynəklərinin buraxılmayacağı barədə məlumat verildiyi iddia edilib.

Fins.az xəbər verir ki, qadağa qoyan Səudiyyə hökuməti rəsmiləri birbaşa “Kralın adından danışırıq” deyərək hər iki kluba köynək və pankart geyinməyi, eləcə də Dövlət Himnini oxumağı qadağan ediblər.

Səudiyyəli səlahiyyətlilərin Mustafa Kamal Atatürkün "Yurtda sülh, dünyada sülh" sözləri yazılmış pankartla matçın keçirilməsinə icazə vermədiyi və "Fənərbaxça"nın bu vəziyyəti qəbul etmədiyi öyrənilib.

Hər iki klubun vəziyyətdən narahat olduğu və hələ də səlahiyyətlilərlə danışıqların davam etdiyi öyrənilib. Bu qadağanın qaldırılacağı gözlənilsə də, İstiqlal Marşının oxunmasına icazə verilmədiyi təqdirdə "Qalatasaray"ın meydana çıxmamaq qərarına gəldiyi bildirilib.

Günel Məlikzadə
Fins.az