İDMAN

25 Dekabr

Edin Dzekonun Qalatasaray və İkardiyə cavabı: "Penalti üçün ağlayırlar"

"Fənərbağça"nın ulduzu Edin Dzeko "Qalatasaray"ın açıqlamasına Mauro İkardinin gözünün altında qançır olan şəklini paylaşaraq cavab verib.

Trendyol Super Liqasının 18-ci həftəsində dünən axşam oynanan Fənərbaxça - Qalatasaray matçı 0:0 hesabı ilə bitsə də, derbi ilə bağlı müzakirələr davam edir. 

Fins.az xəbər verir ki, sarı-qırmızılı klub sosial media hesabında hücumçu Mauro İkardinin qara gözünün fotosunu paylaşaraq, "Ədalətin yalnız özləri üçün olmasını istəyənlər bu gecə türk futbolunu hər kanalla manipulyasiya etməyə davam etdilər! VAR otağı və 26 kamera görə bilmir" biz isə onların adına utanırıq. Türk futbolunu bu nöqtəyə gətirənlər utanacaqlar" dedi. 

İtaliyalı jurnalist Fabrizio Romano “Qalatasaray”ın paylaşımını sitat gətirərkən, “Fənərbağça”nın bosniyalı futbolçusu Edin Dzeko Romanonun paylaşımının altına şərh yazıb. 

"Oğlan başını qapı dirəyinə vurdu və onlar bu şəkli çəkib İnstaqrama qoydular, penalti üçün ağlayırlar. Onlar öz adətləridir. Ciddi ol Fabrizio, bundan daha yaxşısını edə bilərsən", - Dzeko deyib.

Günel Məlikzadə
Fins.az