İDMAN

11 May

AZSIĞORTA-nın əməkdaşları Bakı Marafonu 2023-də iştirak ediblər - FOTO

2016-cı ildən etibarən altıncı dəfə keçirilən və 21 kilometrlik məsafəni əhatə edən Bakı Marafonunda bu il 19 500 nəfər iştirak edib. Xüsusi atmosferi ilə seçilən bu idman yarışına Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən də iştirakçılar qatılıb. Bu il marafon Dövlət Bayrağı Meydanı – Bakı Ağ şəhər bulvarı – Dövlət Bayrağı Meydanı marşrutu üzrə keçirilib və şəhərimizin küçələrinə unudulmaz abu-hava yaşadıb.

Fins.az xəbər verir ki, AZSIĞORTA şirkətinin iki əməkdaşı – Fərid Sadıqov və Zaur Sultanov marafonda iştirak ediblər. Hər ikisinin 21 kilometrlik məsafəni uğurla qət etməsi və finiş xəttini keçən ilk 2000 iştirakçısı sırasına düşməsi  AZSIĞORTA-da böyük sevinclə qarşılanıb. F.Sadıqov və Zaur Sultanov Bakı Marafonu 2023 medalları ilə təltif edilib.

Bakı Marafonu idmanın inkişafına dəstək vermək, sağlam həyat tərzini əhali arasında təbliğ etmək məqsədi daşıyır. İldən ilə bu yarışın daha çox insan cəlb etməsi onu göstərir ki, marafon məqsədinə çatır.