İDMAN

13 Mart

Azarkeşlər "Barselona" klubuna qarşı etiraz aksiyası keçiriblər

"Atletik" azarkeşləri "Barselona"ya 0:1 hesabı ilə uduzduqları İspaniya La Liqasının XXV tur oyununda rəqibə etiraz ediblər.

Fins.az COPE-yə istinadən xəbər verir ki, fanatlar üzərində "mafiya" yazılmış saxta əskinasları meydana atıblar.

Tərəfdarlar qarşılaşma zamanı Kataloniya təmsilçisinin hakim məsələlərinə görə aşağı dəstəyə getməli olduğunu bildiriblər.

Qeyd edək ki, daha əvvəl "Barselona"nın sabiq prezidenti Xosep Maria Bartomeunun hakimlərə və jurnalistlərə pul verdiyi iddia olunub. Artıq yerli prokurorluq kluba qarşı korrupsiya ittihamı irəli sürüb.