Mərakeş 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edə bilər.
Fins.az xəbər verir ki, Afrika ölkəsi İspaniya və Portuqaliya ilə birlikdə turnirin təşkilatçıları sırasında yer almaq arzusundadır.
Buna səbəb namizədliyi UEFA tərəfindən daha əvvəl təsdiqlənən Ukraynanın yeddi ildən sonra mundial matçlarını qəbul etmək ehtimalının aşağı olması göstərilib.
DÇ-2030-un ev sahibləri 2024-cü ildə keçiriləcək FIFA-nın 74-cü Konqresində seçiləcək.
©Report