“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Belçika klubu “Gent” Polşa millisinin futbolçusu Kamil Pyatkovskini heyətinə cəlb edib.
Fins.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi Avstriya təmsilçisi “Zalsburq”dan icarəyə götürülüb.
2021-ci ildən Polşa millisinə çağırılan ucaboy mərkəz müdafiəçisi mövsümün sonuna qədər icarə əsasında “Gent”in formasını geyinəcək. Belçika klubunun yeni “4 nömrəsi”nin “Zalsburq”la müqaviləsi 2026-cı ilə qədərdir.
Qeyd edək ki, “Qarabağ”la “Gent” komandaları fevralın 16-da və 23-də qarşılaşacaqlar. İlk oyun Bakıda, cavab matçı isə Gentdə baş tutacaq.