İDMAN

16 Dekabr

Messi Argentina millisinin məşqinə qatılmadı

Futbol üzrə Argentina milli komandasının kapitanı Lionel Messi dekabrın 15-də Qətərdə Fransa ilə dünya çempionatının final oyununa hazırlıq məqsədilə keçirilən millinin məşqini buraxıb.

Xorvatlarla yarımfinal oyununda hücumçunun sol diz nahiyəsində problem yaranıb.

Bu zədənin futbolçunun məşqə çıxmamasına səbəb olub-olmadığı hələlik məlum deyil, amma məlumata görə, Messi finalda iştirak edə biləcək.

Qeyd edək ki, hücumçu üçün Qətərdəki dünya çempionatı karyerasında beşincidir. O, bundan sonra dünya çempionatlarında oynamayacağını bildirib.

Xatırladaq ki, DÇ-nin final oyunu dekabrın 18-də keçiriləcək və Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Dekabrın 17-də isə üçüncü yer uğrunda oyunda Xorvatiya və Mərakeş komandaları mübarizə aparacaqlar.

Mənbə: gazeta.ru