İDMAN

05 Dekabr

Messi dünya çempionatında favorit komandaları açıqlayıb

Futbol üzrə Argentina millisinin kapitanı Lionel Messi Braziliya, Fransa və İspaniya yığmalarını Qətərdə keçirilən dünya çempionatının favoritləri adlandırıb.

Fins.az xəbər verir ki, Messi bildirib:

“Braziliya çox yaxşı oynayır, Kameruna uduzmasına baxmayaraq, əsas favoritlərdən biri olmaqda davam edir. Fransa da həmçinin. İspaniya çox yaxşı oynayır, onlar topu tutduqları zaman nə etdiklərini çox dəqiq bilirlər”.

Argentina millisinin hücumçusu Almaniyanın qrup mərhələsindən çıxmasına təəccübləndiyini də etiraf edib.

“Mən təəccübləndim. Onların yaxşı oyunçu seçimi olan gənc komandası var, Almaniya həmişə ən yaxşılar sırasındadır. Onların yenidən pley-offa çıxa bilməməsi təəccüblüdür. Ancaq bu çempionat göstərir ki, qüvvələr bərabərləşib və komandaların böyük adları artıq əhəmiyyət kəsb etmir”, - deyə Messi qeyd edib.