İDMAN

05 Dekabr

Mbappe 2022-ci il dünya çempionatı bombardirləri siyahısına başçılıq edi

Fransa millisinin hücumçusu Kilian Mbappe Qətərdə keçirilən dünya çempionatındakı 5-ci qolunu polyaklara qarşı matçda vuraraq turnirin bombardirləri cədvəlinə başçılıq edir.

Onu hərəyə üç qol vuran Alvaro Morata (İspaniya), Kodi Qakpo (Niderland), Lionel Messi (Argentina), Markus Raşford (İngiltərə) izləyir.

Ümumilikdə Mbappe polyaklara iki qol vurub.

Bundan əvvəl o, Qətərdə danimarkalılarla oyunda dubla imza atmış, daha öncə isə Avstraliyaya qol vurmuşdu.

Həmçinin, Mbappe Polşa ilə oyunda dünya çempionatlarında vurduğu qolların sayını 9-a çatdırıb. Bu göstəriciyə görə o, argentinalı hücumçu Lionel Messiyə çatıb. Halbuki, Mbappe bu nəticəni əldə etmək üçün 11, Messi isə 23 matç keçirib.

Xatırladaq ki, PSJ-nin 23 yaşlı hücumçusunun transfer qiyməti 160 milyon avrodur.

Mənbə: mk.ru