Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.
Fins.az xəbər verir ki, IFFHS mundiallarda ardıcıl hər matçda fərqlənən oyunçuların siyahısını tərtib edib.
İlk iki pillədə fransalı Jyust Fonten və braziliyalı Jarzinyo qərarlaşıb. Hər iki şəxs ardıcıl 6 qarşılaşmada fərqlənməyi bacarıb.
"10-luq"dakı digər 8 futbolçu 5 dəfə buna müvəffəq olub.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.
Futbolçu |
Ölkə |
Oyun |
Başlanğıc |
Son |
Jyust Fonten |
Fransa |
6 |
08/06/1958 |
28/06/1958 |
Jarzinyo |
Braziliya |
6 |
03/06/1970 |
21/06/1970 |
Helmut Ran |
Almaniya |
5 |
04/07/1954 |
19/06/1958 |
Laxos Tişi |
Macarıstan |
5 |
12/06/1958 |
03/06/1962 |
Eysebio |
Portuqaliya |
5 |
16/07/1966 |
28/07/1966 |
Gerd Müller |
Almaniya |
5 |
03/06/1970 |
17/06/1970 |
Teofilo Kubilyas |
Peru |
5 |
02/06/1970 |
03/06/1978 |
Kareka |
Braziliya |
5 |
06/06/1986 |
10/06/1990 |
Salvatore Skillaçi |
İtaliya |
5 |
19/06/1990 |
07/07/1990 |
Xristo Stoiçkov |
Bolqarıstan |
5 |
26/06/1994 |
13/07/1994 |