Rusiyanın kişi və qadın voleybol yığmaları 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının seçmə yarışlarına qatılmayacaqlar.
Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) saytında məlumat verilib.
Təsnifat turniri 2023-cü il sentyabrın 30-dan oktyabrın 8-dək keçiriləcək. Ora Fransa və Rusiya komandaları istisna olmaqla, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) reytinqində 1-26-cı yerləri tutan komandalar buraxılacaq.
“Fransa ev sahibi ölkə kimi avtomatik olaraq növbəti Olimpiya Oyunlarına vəsiqə qazanıb. Rusiya bu müddətdə yarışmaq hüququna malik deyil”, - deyə BOK-un bəyanatında deyilir.