İDMAN

27 Oktyabr

Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna satılmış biletlərin sayı açıqlanıb

Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kuboku üçün indiyədək satılmış biletlər bəlli olub.

Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda biletlərin 25 faizi satılıb.

Federasiya rəsmisi satışda 1100 bilet qaldığını sözlərinə əlavə edib. O, həmçinin qeyd edib ki, onlayn satışdan əlavə, şəhərin müxtəlif yerlərindəki satış nöqtələrindən də biletləri əldə etmək mümkündür: “Bununla yanaşı, yarışlar davam edən günlərdə sarayın qarşısında da satış olacaq”.

Qeyd edək ki, Dünya Kuboku 5-6 noyabrda olacaq.