İDMAN

27 Oktyabr

Çempionlar Liqası: Cari mövsüm İspaniya futbolu üçün tarixin ən uğursuzu olub

Çempionlar Liqasının qrup mərhələsinin ötən gün oynanan V tur matçları İspaniya futbolu üçün uğursuzluqla yekunlaşıb.

Qitənin ən nüfuzlu klub turnirinin tarixi ərzində ilk dəfə olaraq 3 İspaniya təmsilçisi qrupda qalıb. Üstəlik, hər 3 komanda bunu sonuncu turun oyunlarından əvvəl rəsmiləşdirib.

İspaniya yarışa 4 komanda ilə (“Real”, “Atletiko”, “Barselona” və “Sevilya”) qatılsa da, bunlardan yalnız “Kral klubu” öz yoluna davam edəcək.

“Barselona” 5-ci dəfə mübarizəni erkən dayandırmağa məcbur olub. Kataloniyalılar 2-ci dəfə qrupdakı 5-ci oyununa çıxmadan növbəti mərhələdən əlini üzüb. Daha əvvəl bu, 1996/97 mövsümündə baş verib.

Xavinin yetirmələri ardıcıl ikinci mövsümdür belə uğursuzluğa düçar olur ki, bu da klubun tarixində növbəti dəfə təkrarlanıb. 1996/97 və 1997/98 mövsümləri də “Barsa” üçün ürəkəçan nəticələrlə bitməmişdi.